Dəm qazından zəhərləndi- - Gəncədə

dem-qazindan-zeherlendi-
Oxunma sayı: 1011


“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-ya verilən məlumata görə şəhər sakini, 1991-ci il təvəllüdlü Vüsalə Ramazanova ağır dərəcədə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Dərhal tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, V. Ramazanova yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.