Demarkasiya üzrə komissiyanın Rusiya nümayəndələri İrəvandadır

demarkasiya-uzre-komissiyanin-rusiya-numayendeleri-irevandadir
Oxunma sayı: 1675

Bir neçə dəqiqə əvvəl Rusiyanın Müdafiə Nazirliyinin xüsusi təyyarəsi Ermənistanın paytaxtı İrəvanda “Erebuni” hərbi hava limanında yerə enib.

“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, təyyarə Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya üzrə Rusiya komissiyasının nümayəndələrini İrəvana gətirib.

Qəzet yazır ki, bu isə demarkasiya və delimitasiya prosesinin bu həftə başlayacağı deməkdir.  

Bununla yanaşı, Ermənistanı bu komissiyada kimlərin təmsil edəcəyi hələ ki, məlum deyil. 

Komissiyanın işinə Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun rəhbərlik edəcəyi güman edilir.

Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yaymaqdan çəkinib.