“Demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq” - Paşinyan

demarkasiya-ve-delimitasiya-prosesine-baslamaga-haziriq
Oxunma sayı: 2874

“Ermənistan Azərbaycanla sərhədin demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə üçtərəfli görüş zamanı deyib.

"Lakin demək istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq. Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik", - deyə Paşinyan qeyd edib.