“Azərbaycan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı formatının dəyişməsində israrlıdır, lakin bu heç nə verməyəcək”.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan “Deutsche Welle”ə müsahibəsində deyib:
“ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin nizama salınması üçün optimal formatdır və demək olmaz ki, bütün bu illər ərzində heç bir nəticə əldə edilməyib. Azərbaycan bu formatın dəyişdirilməsində israrlıdır, lakin bu, heç nə verməyəcək. Üstəlik, Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ ətrafındakı hadisələrin inkişafında kifayət qədər vasitələr və imkanlara sahibdir”.
Almaniya və Avropa İttifaqının bu münaqişənin həllində hansı rol oynaya biləcəyinə gəlincə Sarkisyan bildirib ki, ATƏT-ə sədrlik edən Almaniyanın böyük alətlər dəsti var və əminəm ki, onlardan effktiv istifadə edə biləcək.
Son xəbərlər
Son Xəbərlər