Dəməşq bombalandı - 27 ölü

demesq-bombalandi
Oxunma sayı: 1550

Silahlılar Suriyanın Dəməşq şəhərini bombalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Suriyada münaqişə tərəflərin barışdırılması mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenkonun sözlərinə görə, atəş nəticədə 27 dinc sakin ölüb, 58 nəfər yaralanıb.

Silahlılar Mühayyəm əl-Yarmuk rayonundan paytaxtın ətrafına 13 ədəd mina atıblar, dağıntıların olduğu bildirilir.  

Bundan əlavə Hələb, Latakiya və Dəraa əyalətində də atəşkəsi rejimi pozulub.