Suriyanın xüsusi xidmət orqanları Dəməşqdə üç terror hücumunun qarşısını alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın dövlət informasiya agentliyi SANA səlahiyyətli orqanlardakı mənbələrə istinadən məlumat verib.
“Şamda partlayıcı kəmər ilə planlaşdırılan terror hücumunun qarşısı alındı. Üç terrorçu tutuldu və daha üçünün saxlanılması üçün hazırlıq gedir”,- deyə agentlik bildirib.
Mənbənin verdiyi məlumata görə, terror hücumunun qarşısın alınması diqqətli vətəndaşların köməyilə əməliyyat tədbirləri sayəsində mümkün olub.
Son xəbərlər
Son Xəbərlər