Suriyada məscidin yanında maşın partladılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident paytaxt Dəməşqin Barza rayonunda məscid yaxınlığında baş verib. Minalanmış avtomobil partladılması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
***
Dəməşqdə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb. Daha 22 nəfər isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər