Demet Akalın boşandı - Fotolar + Yenilənib

demet-akalin-bosandi
Oxunma sayı: 5089

Türkiyəli pop ulduz Demet Akalın və iş adamı əri Okan Kurt boşanmaq üçün məhkəmə prosesində iştirak ediblər.  

“Qafqazinfo” xəbər verir ki, cütlük ayrılmaq üçün müraciət etdikləri Beykoz Ədliyyəsinə ayrı-ayrı gəliblər. 

Onlar fotoları Türkiyə KİV-lərində dərc edilib. 

Qeyd edək ki, Demetlə Okan 2012-ci ildə ailə qurub.  Cütlüyün bu nikahdan Hira adlı qızı var. 

***

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesi cəmi 2 dəqiqə çəkib və boşanma barədə qərar çıxarılıb.

Cütlüyün qızı Hira isə Demet Akalına verilib.

İfaçı boşandıqdan sonra sosial mediadakı hesablarında Demet Akalın Kurt adındakı Kurt soyadını çıxarıb.