Demet ərinə Putinin saatından aldı

demet-erine-putinin-saatindan-aldi
Oxunma sayı: 1807


“Qafqazinfo” türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 23-ü  2012-ci ildə, ad günündə Okan Kurt ilə nikah masasına oturan Demet Akalın gecə klubunda  həm 3-cü evlilik il dönümlərini, həm də 42 yaşını qeyd edib. Akalın həyat yoldaşına dünyanın ən bahalı saatlarından olan “Franck Müller” hədiyyə edib.  Obama və Putinin də istifadə etdiyi bu saatların ən ucuzu 32 min lirə, ən bahalısı 2 milyon 272 min lirədir. Doğum günü məclisində Demet Akalın yeni albomu “Rekor”un çıxış mahnısı “İhali adalet”ə çəkdirdiyi  klipi də nümayiş etdirib.