Demet etiraz etdi - “Ərdoğana məktub yazacağam”

demet-etiraz-etdi
Oxunma sayı: 2123

Türkiyənin tanınmış müğənnisi Demet Akalın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edəcəyini deyib.

“Qafqazinfo” xəbər verir ki, “Kanal D”nin “2-ci səhifə” verilişində qonaq olan sənətçi bildirib ki, son illər ölkədə baş alıb gedən uşaq istismarı və ölümlərinə artıq göz yuma bilmir.

“Qatillərin də insan hüquqları var, bəs ölən uşaqların haqqı necə olacaq? Bununla bağlı ölkə başçısına məktub yazmağı düşünürəm”, - deyə Akalın bildirib.