Demet Özdemirden Oğuzhana 1 milyonluq hədiyyə

demet-ozdemirden-oguzhana-1-milyonluq-hediyye
Oxunma sayı: 3861

Türkiyəli tanınmış aktrisa Demet Özdemir müğənni nişanlısı Oğuzhan Koç üçün aldığı hədiyyənin qiyməti ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 30 yaşlı aktrisa nişanlısı üçün toy hədiyyəsi olaraq qol saatı alıb.

“Audemars Piguet” şirkətinə məxsus saatın qiymətinin 1 milyon lirə (təqribən 57 000 dollar) olduğu məlum olub. 

Xatırladaq ki, iyun ayında nişanlanan cütlüyün toyunun avqustun sonunda baş tutacağı gözlənilir.