Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük Demet Özdemir və Oğuzhan Koç boşanma qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, cütlük sosial şəbəkədə verdikləri açıqlama ilə deyilənləri təsdiqləyib və boşanacaqlarını açıqlayıb:
“Bir müddətdir ki, evliliyimizin yolunda olmadığını görüb sonlandırmaq qərarına gəldik. Qarşılıqlı hörmət və anlayış çərçivəsində aldığımız bu qərarın ailələrimizə və böyüklərimizə təsir edəcəyini bilirik. Biz bu prosesi ən həssas şəkildə onları incitmədən, yormadan həyata keçirmək üçün əlimizdən gələni edirik. Jurnalistlərdən də bu prosesə eyni həssaslıqla yanaşmalarını xahiş edirik”.
Qeyd edək ki, Demet və Oğuzhan ötən ilin avqustunda evlənib.




Son xəbərlər
Son Xəbərlər