“Qafqazinfo” ttv.az-a istinadən xəbər verir ki, inkişaf proqramı çərçivəsində yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi də nəzərdə tutulur. Enerji təchizatının inkişafı üçün sabit cərəyan dəyişən cərəyanla əvəz olunacaq ki, bu da enerjiyə qənaət etməyə imkan verəcək. ADYQSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov:
"Bakıda bir dispeçr pultundan idarətmə sisteminə keçəcəyik. Yəni qatar yolda hərəkət edərkən adi, məsələn təkər cütlərinin qızmasını Bakıda oturan dispeçr biləcək. Yəni bu idarətmə daha sadə, daha səmərəli və daha dəqiq sistem olacaq." Bütün bu işlər Azərbaycan üzərindən yük və sərnişin daşınmasının daha sürətli və kefiyyətli həyata keçirilməsinə imkan verəcək. İşlərinin əsas hissəsinin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər