“Dəmirbank”dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb.
“Qafqazinfo”ya müraciət edən Astara rayon sakini Rəşad Həsənov bildirib ki, 2014-cü ildə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-dən 8974 ABŞ dolları kredit götürüb. Kreditin 7600 dollarını devalyasiyadan sonra1.05 məzənnə ilə ödəyib və 2015-ci ilin avqust ayına borcunu tam bağlayıb. Lakin kompensasiya alacaq şəxslərin siyahısında onun adı çıxmayıb.
Lisenziyasına xitam verilən “Dəmirbank”ın ləğvedicisi təyin olunan Əmanətlərin Sığortalanması Fondundan “Qafqazinfo”ya bildirilib ki, bu problem sırf həmin vətəndaşla bağlı deyil: “DəmirBank”ın müştəri bazası vahid sistemdə olmadığına görə məlumatın sistemə yüklənməsi mərhələli şəkildə aparılır. O bankın üç “core banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənir. Vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək”.
***
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Dəmirbank”la bağlı bu proses artıq yekunlaşıb: “Məlumat bazası tam yenilənib, vətəndaşlar, həmçinin lisenziyası ləğv edilmiş “Dəmirbank” ASC-nin müştəriləri pk.fimsa.az saytında şəxsi məlumatlarını daxil edərək onlara düşən kompensasiyanı öyrənə bilərlər”.
Şikayətçi R.Həsənov isə təkrar saytımıza bildirib ki, bir neçə dəqiqə əvvəl MBNP-nın saytında sorğu versə də, adı siyahıda çıxmayıb.
Son xəbərlər
Son Xəbərlər