“Dəmirbank” ötən gün Ucar sakini, 53 yaşlı Cəbrayıl Cəbrayılovun həmin bankın Göyçay filialında infarktdan ölməsi iddiasına reaksiya verib.
“Dəmirbank”ın Göyçay filialının problemli kreditlər şöbəsinin Fərhad adlı mütəxəssisi “Qafqazinfo”ya bildirib ki, hadisə bankda baş verməyib: “Həmin adam xəstəxanaya gedib və orada vəfat edib. Cəbrayıl Cəbrayılov ürəyindən üç dəfə əməliyyat olunub. Bu məsələnin banka aidiyyatı yoxdur”.
Qeyd edək ki, mərhum Cəbrayıl Cəbrayılovun bacısı oğlu Orxan Mirzəliyev Meydan TV-yə bildirib ki, dayısının banka 1020 dollar borcu olub və əlavə olaraq 500 dollar da faiz gəlib. Bank ondan borcu ödəməyi tələb edib, o isə bankdan möhlət istəyib, bu zaman Cəbrayıl Cəbrayılovun ürəyi dayanıb.
Son xəbərlər
Son Xəbərlər