“Dəmirbank”la bağlı toplantı olacaq

demirbankla-bagli-toplanti-olacaq
Oxunma sayı: 1338

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən  təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, toplantı 07 iyun 2018-ci il saat 15.20-da baş tutaacaq. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edib. İclas Bakı Apellasiya Məhkəməsində baş tutacaq.