Dəmirəl Əliyevi sui-qəsddən necə qurtardı?

demirel-eliyevi-sui-qesdden-nece-qurtardi
Oxunma sayı: 4438


Bildirilir ki, mərhum prezident Heydər Əliyevə sui-qəsd ediləcəyi, ardınca isə ölkədə çevriliş olacağı ilə bağlı məlumat Danimarkanın paytaxtı Kopenhagendə BMT-nin iclasına qatılan Türkiyənin 9-cu Cumhurbaşqanı Süleyman Dəmirələ çox gizli şəkildə çatdırılmışdı. 

S. Dəmirəl 12 mart 1995-ci ildə sözügedən iclasda Ankaradan “kripto” ilə gələn və üzərində “çox gizli” yazılan sənədi dəhşətlə oxumaya başlayıb. Sənədin içində Azərbaycan prezidenti Heydər Əliyevə qarşı ediləcək sui-qəsd planından bəhs edilirdi. Sənəddəki bilgilər bütün detalları ilə birgə yazılmışdı. Burada Əliyevə qarşı ediləcək sui-qəsdin yeri və zamanı dəqiq göstərilmişdi. Sui-qəsddən sonra isə baş verəcək çevriliş təşəbbüsünü reallaşdıracaqlar arasında türklərin də adı yer almışdı. 

Cumhurbaşqanı Dəmirəl onunla birgə BMT-nin məlum toplantısına qatılan və eyni oteldə qalan Heydər Əliyevə zəng vuraraq otağına çağırıb. Əliyev ona ediləcək sui qəsddən xəbərsiz olub. “ Heydər bəy, ölkənizdə bir çevriliş cəhdi var. Çevriliş sizə qarşı işlənəcək bir sui-qəsddən sonra həyata keçəcək. Ölkənizə nə zaman qayıdacaqsınız?” –deyə Dəmirəl Heydər Əliyevdən soruşub. 

H. Əliyev Dəmirəldən bilgiləri alınca dəhşətə düşüb və ona belə cavab verib: “Toplantı bitdikdən sonra axşamüstü qayıdacağam”. Dəmirəl isə həmkarına ciddi şəkildə xəbərdarlıq etməyə başlayıb: “Heydər bəy, vaxt itirməyin. Elə indi ölkənizə qayıdın. Çünki planı hazırlayanlar sizin rəsmi proqramınızdan xəbərdardırlar. Hava limanından şəhərə gedəcəyiniz yolun üzərindəki körpünü havaya uçurmaq üçün altına saatlı bomba qoymuşlar. O bomba partlamadan öncə sizin oradan keçməyiniz lazımdır. Buna görə də Bakıya indi qayıtmalısınız. Dəyərli dostum, tədbiri əldən vermək olmaz. Sabah Pakistanda baş tutacaq EKO Zirvəsində iştirak edəcəyinizi bilirəm. Belə bir kritik vəziyyətdə Pakistana getməyin. Hər ehtimalı göz önünə alın və ölkənizdə qalın.”

H. Əliyev Dəmirəlin xəbərdarlığını nəzərə aldı. Bunun ardından sonra Azərbaycanda geniş miqyaslı əməliyyatlar başladı. H. Əliyev hadisənin üstündən iki il keçəndən sonra Türkiyəyə rəsmi ziyarəti zamanı TBMM kürsüsündən millətvəkillərinə xitabən bu cümlələri söylədi: “1995- ci il ilin mart ayında mən Kopenhagendə ikən bir plan qurulub. Ölkəmə dönərkən hava limanı yolunda məni öldürüb, hakimiyyəti ələ keçirəcəklərmiş. Əziz dostum Dəmirəl bir təhlükədə olduğumu mənə bildirdi. Məni bu günlərə gətirdiyiniz üçün çox sağolun, həyatımı qurtardınız. Bu günlərə gəlməyimə yardım etdiniz. Ölkəmdəki çevriliş mənə əvvəldən xəbər verdiniz. Mən Bakıya nəzərdə tutulanadan əvvəl qayıtdım və onlar planlarını həyata keçirə bilmədilər. Amma o gecə onlar Azərbaycanın Gürcüstan və Ermənistana yaxın bölgələrində, sərhəddə idarəetməni ələ keçirdilər. Mən bu işlə 5-6 gün məşğul oldum və onları yola gətirmək istədim”.