Dəmirtaşı ziyarətə gedən ailə üzvləri qəzaya düşdü - Fotolar+Video

demirtasi-ziyarete-geden-aile-uzvleri-qezaya-dusdu
Oxunma sayı: 1485

Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşın ailəsi yol qəzasına düşüb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, siyasətçini ziyarət etmək üçün Ədirnə həbsxanasına gedən ailənin olduğu mikroavtobusun təkəri partladığından yoldan çıxıb və maneələrə çırpılıb. Nəticədə Dəmirtaşın anası, atası və bacısı daxil olmaqla, 8 nəfər ailə üzvü yaralanıb. Yaralılar Çorlu Dövlət Xəstəxanasına aparılıb. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, Dəmirtaş 6-8 oktyabr 2014-cü ildə Kobani (Ayn əl-Ərəb) hadisələri zamanı 32 rayonda təşkil edilmiş iğtişaşlarda 38 nəfərin ölümündə, çoxsaylı vətəndaşın yaralanmasında, ictimai obyektlərin, avtomobillərin yağmalanaraq ziyan vurulmasında günahkar bilinərək bu ilin sentyabrında 4 il 8 ay azadlıqdan məhrum edilib.