Türkiyənin kürd müxalifət partiyası olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş da daxil olmaqla 4 HDP və 4 CHP millət vəkili haqqında “toxunulmazlığın ləğvi” ilə bağlı 12 qanun layihəsi hazırlanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihə Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə göndərilib.
Onların arasında deputat Demirtaşla bağlı “prezidenti təhqir etmək, dövlət məmuruna təhqir, xalqı kin və düşmənliyə təhrik etmək, terror təşkilatının təbliğatını aparmaq” ittihamları əks olunmuş 5 ayrı sənəd var.
Son xəbərlər
Son Xəbərlər