Dəmiryol İdarəsinin binasında yanğın- - Meyit tapıldı

demiryol-idaresinin-binasinda-yangin-
Oxunma sayı: 1562


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın fevralın 17-də saat 05 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində olub.

Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada başlayan yanğında konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanan meyiti tapılıb.

***

İbrahim Rüstəmov Salyan Dəmir Yolu Stansiyasının ərazisində yerləşən gözətçi otağında isinmək üçün od qalayıb və tüstüdən boğularaq ölüb

Murad Əhməd