“Qafqazinfo”ya daxil olan məlumata görə, qərara əsasən sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:
1. Xaqani Səfəroğlu (strateq.az) - ictimai-siyasi mövzularda peşəkar məqalələrinə görə
2. Dilqəm Əhməd ("Gündəlik teleqraf" qəzetinin redaktoru) - Azərbaycanın milli-mədəni və ədəbiyyat tarixinə dair araşdırmalarına görə
3. Cəmilə Ələkbərova ("Exo" qəzeti) - sosial və humanitar sahədəki obyektiv yazılarına görə
Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
Son xəbərlər
Son Xəbərlər