Hər şey 2011-ci ilin martında demokratiya çağırışlı etirazlardan başladı… Böyük bir oyunda qurban seçildiklərini dərk etməyən insanlar təxribatçı bəyanatların təsiri altında getdikcə tabe olmamağa və qarşıdurmalar yaratmağa meyilləndilər...
Bu bədbəxt adamlar anlaya bilmədilər ki, Suriyaya “Demokratiya səadəti” vəd edənlər GÜL KİMİ ölkəni vətəndaş müharibəsinə sürükləyirlər…. Və sürüklədilər də…
…Nəticədə yüz illərlə qurulmuş hər nə var idisə, hamısı dağıdıldı, şəhərlərin, kəndlərin yerində viranxanalar yarandı… Ölkə qan gölünə çevrildi, körpələrin ah-naləsi, anaların fəryadı göylərə calandı…
400 minə yaxın insan həlak oldu bu mənasız müharibədə!
Təsəvvür edirsiz? Bəzəkli bəyanatlar, “sarı simə” toxunan çağırışlarla qədim tarixə və zəngin mədəniyyətə malik bir xalqa böyük fəlakət yaşadıb, gələcəyini məhv etdilər. Amma “demokratiyanı” gördüm deyən yoxdur…
Bəzən şəkillər daha çox söz deyir. Bu da Suriyanın “demokratiya çağırışları” ilə başlayan müharibədən əvvəlki və sonrakı halı. Üzücüdür…
Beləliklə, Suriya əvvəl və indi.
Nicat Dağlar







Son xəbərlər
Son Xəbərlər