ABŞ Prezidenti Donald Trampın 45 yaşlı oğlu Erik Tramp demokratların koronavirus pandemiyasından atasının uğurlarına mane olmaq üçün istifadə etdiklərini bildirib.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Trampın oğlu xüsusilə bundan prezident seçkiləri ərəfəsindən qəsdən istifadə olunduğunu deyib:
“Onlar atamı amerikalıların ona olan sevgisindən məhrum etmək istəyirlər. Çünki o, hörmət sahibidir və böyük kütlələri ardınca apara bilər”, - deyə Erik qeyd edib.
Onun fikrincə koronavirus 2020-ci ilin noyabrında seçkilərdən sonra sehrli şəkildə yoxa çıxacaq “şüurlu strategiya”dır.
“Noyabrın 3-dən sonra koronavirus sehrli şəkildə qəfildən yox olacaq”, - deyə Trampın oğlu söyləyib.
Son xəbərlər
Son Xəbərlər