Dəniz azadlığa çıxandan sonra Avropaya gedəcək

deniz-azadliga-cixandan-sonra-avropaya-gedecek
Oxunma sayı: 646

Narkotik maddə ticarəti ilə məşğul olmaqda ittiham edilən və 3 ildir həbsdə olan tanınmış türkiyəli müğənni Dəniz Seki iyunun 17-də azadlığa çıxacaq.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, sənətçi azadlığın dadını çıxarmaq üçün indidən plan qurmağa başlayıb. 

Sekiyə yaxın olan mənbələrin sözlərinə görə, müğənni həbsxanadan çıxar-çıxmaz ictimaiyyət arasında çox görünməmək məqsədilə Avropaya gedəcək. Nişanlısı Faruk Salmanın onun bu istəyindən xəbərdar olduğu və Avropa tətili planlaşdırdığı bildirilir.