Dəniz Baykal parlament sədri oldu - - Türkiyədə andiçmə başladı

deniz-baykal-parlament-sedri-oldu-
Oxunma sayı: 4263


“Qafqazinfo”nun anadolu agentliyinə istinadən məlumatına görə, sədrliyi CHP-nin keçmiş lideri Deniz Baykal TBMM sədri Cemil Çiçəkdən götürüb, yığıncağa sədrlik etməyə başlayıb. Onunla birlikdə başqanlıq divanında HDP partiyasının Vandan olan millət vəkili Tuğba Hezer və AKP-nin Tokat millət vəkili Fatma Gaye Güler öz yerini alıb. 

Açılışda Deniz Baykal öz yerini alan zaman Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan TBMM-a daxil olub. Deniz Baykal açılışı edib, Ərdoğanın məkana gəldiyini qeyd edib. Bu zaman toplantıda əyləşən AKP üzvləri prezidenti alqışlayıb. 

TBMM sədrinin çıxışından sonra andiçmə mərasimi başlayıb.