“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın yeni seçilən Türkiyə Böyük Millət Məclisində ilk toplantısını keçirmədən Azərbaycana səfərə gəlməsi ölkədə “prezident səfərə çıxarkən vəkalətini kimə həvalə edəcək” sualını gündəmə gətirib. Bununla bağlı iki versiya irəli sürülüb. İlk versiyaya görə, cümə günü prezidentin səlahiyyətlərini keçmiş məclis sədri Cəmil Çiçək icra edəcək. Digər versiyaya görə isə, bu vəzifə bu gün prezident Ərdoğanla görüşən CHP-nin keçmiş lideri, millət vəkili Dəniz Baykala da həvalə oluna bilər.
Belə ki, Türkiyə qanunlarına görə, yeni sədr seçilənə qədər müvəqqəti sədr vəzifəsi məclisin ən yaşlı üzvünə tapşırılır. Əgər məclisə müvəqqəti sədr seçilərsə Baykal prezidentin cümə günü Bakı səfəri zamanı onu bu postda əvəzləyə bilər.
Ərdoğanla görüşdən sonra açıqlama verən Dəniz Baykal koalisiya ilə bağlı hansısa danışıqların aparılmadığını vurğulayıb. O, həmçinin Ərdoğanın koalisiyaya qarşı olmadığını qeyd edib.
Prezident Ərdoğanla görüşdən dərhal sonra Dəniz Baykal CHP lideri Kılıçdaroğlu ilə görüşüb.
Son xəbərlər
Son Xəbərlər