Dəniz Səki şəkil paylaşdı, hər kəs İmamoğlunu soruşdu - Foto

deniz-seki-sekil-paylasdi-her-kes-imamoglunu-sorusdu
Oxunma sayı: 3646

Müğənni Dəniz Səki sosial şəbəkə paylaşımı ilə müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, illər əvvələ aid şəklini İnstaqram səhifəsində yerləşdirən müğənni sual atəşinə tutulub. Belə ki, Dənizin dostları ilə çəkdirdiyi fotoda İstanbul bələdiyyə sədri Əkrəm İmamoğluna bənzədilən şəxs hər kəsin diqqətini cəlb edib. İzləyicilər “Arxadakı İmamoğludur?” deyə soruşmağa başlayıblar. Səki isə suallara cavab verməyib.

Bəzi izləyicilər isə həmin şəxsin aktyor Yalçın Menteş ola biləcəyini iddia ediblər.