Dənizdə 2500 miqrant boğulub - 5 ayda

denizde-2500-miqrant-bogulub
Oxunma sayı: 858

Bu ilin əvvəlində 2500-dən çox miqrant Aralıq dənizində batıb.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, bu barədə miqrasiya orqanları məlumat yayıb. Bildirilir ki, ölüm hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb.

O da qeyd edilir ki, Türkiyə ilə miqrasiya barədə saziş imzalanmasına baxmayaraq, qaçqınlar hələ də Avropaya gedib çıxmaq cəhdlərini davam etdirirlər. BMT-nin qaçqınlar üzrə komissarı Uilyam Şpindler isə hesab edir ki, qeyd edilən şok rəqəmlər artacaq. Onun proqnozlarına görə, hava şəraitinin yaxşılaşması səbəbindən daha çox miqrant riskli səyahət etməyə çalışacaq.

Aysel Kərimova