Gün ərzində dənizdə batan 7 nəfər xilas olunub.
"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Mingəçevir, Hövsan, Tağıyev, Novxanı, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 7 nəfər xilas olunmuşdur.
Son xəbərlər
Son Xəbərlər