Dənizdə batan 1 nəfər xilas edilib

Dənizdə batan 1 nəfər xilas edilib
Oxunma sayı: 902

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Lökbatan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən 1 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas edilib.