Dənizdə batan 2 nəfər xilas edilib

denizde-batan-2-nefer-xilas-edilib
Oxunma sayı: 675

Dənizdə batan 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Səbail rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 22:09-da başa çatıb.