Dənizdə batan 3 nəfər xilas oldu

denizde-batan-3-nefer-xilas-oldu
Oxunma sayı: 908


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Digər hadisə isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Rayon ərazisində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.