Dənizdə batan 33 yaşlı şəxsin meyiti tapıldı

denizde-batan-33-yasli-sexsin-meyiti-tapildi
Oxunma sayı: 2106

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1989-cu il təvəllüdlü Saqid Muhammedin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.