Dənizdə batan 40 yaşlı kişinin meyiti tapıldı - Yenilənib

denizde-batan-40-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1721

Bakıda 40 yaşlı kişi dənizdə batıb.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batması barədə məlumat daxil olub.
 
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

*** 

Bakı şəhəri, Pirallahı rayonunda dənizdə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
 
Dənizdə batmış 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.