Dənizdə batan gəncin meyiti tapıldı - 2 gün sonra

denizde-batan-gencin-meyiti-tapildi
Oxunma sayı: 808

İyulun 23-də dənizdə boğulan 17 yaşlı gəncin meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun  cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.