Dənizdə batan şəxs xilas edildi

denizde-batan-sexs-xilas-edildi
Oxunma sayı: 904

Sabunçuda dənizdə batan şəxs xilas edilib.
 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 18:28-də başa çatıb.