Dənizdə batan yeniyetmələrin meyiti tapıldı - Yenilənib

denizde-batan-yeniyetmelerin-meyiti-tapildi
Oxunma sayı: 5283

Ötən gün Siyəzən rayonunun Zarat kəndində dənizdə batan yeniyetmələrdən daha birinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 16 yaşlı kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl Bakı sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti dənizdən çıxarılıb. Hazırda üçüncü yeniyetmə - Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.

***

Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-dən bildirilib.