Dənizdə batan yeniyetmənin meyiti tapıldı - Yenilənib

denizde-batan-yeniyetmenin-meyiti-tapildi
Oxunma sayı: 6551

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2007-ci il Şahbazlı Əmirxan Şahbaz oğlunun meyiti tapılıb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ə.Şahbazlının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. ​