"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən “Mayak” dəniz çimərliyində Bərdə rayon sakini İlham Hüseynov suda boğulub. Onun meyiti hələ də tapılmayıb.
Daha bir bədbəxt hadisə isə Mərdəkanda olub. İyunun 9-da Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki çimərlikdə Binə qəsəbə sakinləri Elmar Davudov suda boğulub, Ceyhun Əliyev isə suda batarkən xilasedicilər tərəfindən xilas olunub.
İlham Hüseynov və Elmar Davudovun meyitin tapılması üçün tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər