Dənizdə bir nəfər batdı

denizde-bir-nefer-batdi
Oxunma sayı: 1601

"Zuğulba 3" sularında xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.