Dənizdə boğulanın meyiti tapıldı

denizde-bogulanin-meyiti-tapildi
Oxunma sayı: 1448


"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, bu gün Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları başa çatıb. V.Ağamalıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 100 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:35-də başa çatıb.