“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1 hektarlıq bu adada 90 ev var və 200-dən çox insan yaşayır. Sakinlər vəfat edən qohumlarını ətrafdakı digər adalarda dəfn edirlər. Maraqlısı odur ki, hər tərəfdən su ilə əhatələnən ada sakinləri dənizdə üzməyə, sahildə günəşlənməyə həsrətdir. Çünki bu adanın hər hansı bir sahili belə yoxdur. Xüsusi təşkilati fəaliyyətə ev sahibliyi edə bilməyən ada sakinlərinin tək edə bildiyi isə film seyr etmək üçün tanışlarının evinə getməkdir.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər