Dənizdəki partlayışla bağlı ETSN də açıqlama yaydı

denizdeki-partlayisla-bagli-etsn-de-aciqlama-yaydi
Oxunma sayı: 6501

Xəzər dənizində baş vermiş partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də açıqlama yayıb. 

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır. 

Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.