Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dəniz minası tapılıb.
“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.
Daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.
Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub. İyunun 28-də dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib.

Son xəbərlər
Son Xəbərlər