1997-ci ildə “Best Model of Turkey” birincisi, tanınmış model və aparıcı Deniz Akkaya evinin qapılarını “InStyle Home” jurnalı üçün açıb.
“Qafqazinfo” xəbər verir ki, 2 mərtəbəli möhtəşəm villa Boğaz mənzərəli və yaşıllıqla zəngin Reşitpaşa ərazisində yerləşir. Akkaya həmin evdə qızı Ayşə və Pati adlı pişiyi ilə qalır.
“Evin Ayşənin məktəbinə yaxın olması mənim üçün önəmlidir. İllərdir ki, tək Boğaz mənzərəli evlərdə yaşamışam. İndi isə bir qədər yaşıllıqdan zövq almaq istəyirəm. Həm şəhərin səs-küyündən uzaqdır, həm də mərkəzin bir addımlığındadır”- deyə Akkaya dərgiyə müsahibəsində bildirib.
Bundan əlavə, evin dizayneri modelin yaxın rəfiqəsi Nazlı Goldenberdir. Villa böyük salondan, mətbəxt, qonaqlar üçün nəzərdə tutulan vanna, şəxsi yataq, duş və geyim otaqlarından ibarətdir.




Son xəbərlər
Son Xəbərlər