“Qafqazinfo” Stadium.az –a istinadən xəbər verir ki, Lənkəran klubunun baş məşqçisi Mustafa Dənizli “Bolton”un hücumameyilli yarımmüdafiəçisi Andre Moritzlə maraqlanır. Aldığımız məlumata görə, Dənizliyə Mortizi təklif ediblər və türkiyəli məşqçi buna isti yanaşıb. Məsələ ondadır ki, Mortiz Dənizliyə çox yaxşı tanışdır. Braziliyada “İnternatsional“ və “Fluminensə”da oynayandan sonra 27 yaşlı futbolçu “Kasımpaşa”ya keçib. Hətta Dənizli “Beşiktaş”ı çalışdıran zaman Andre “Kasımpaşa”nın heyətində “qara qartal”a qol da vurub. Dənizlinin yaxın günlərdə bu məsələyə aydınlıq gətirəcəyi gözlənilir.
Mortiz “Kasımpaşa”dan sonra “Kayserispor”, “Mersin İdmanyurdu” və “Kristal Pelas”da çıxış edib. Ötən ilin yayında isə “Bolton”a transfer olub.
Son xəbərlər
Son Xəbərlər