Türkiyə Superliqasının son turunda “Mersin İdman Yurdu”na 1:2 hesabı ilə uduzan “Qalatasaray”da vəziyyət getdikcə gərginləşir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, idman direktoru Cenk Ergünün vəzifəsindən uzaqlaşdırılmasından sonra rəhbərliklə Mustafa Dənizli arasında olan münasibətlər bir az da pisləşib.
UEFA Avropa Liqasında “Latsio” ilə oynanılacaq qarşılaşmada İstanbul təmsilçisi uduzarsa, Dənizlinin istefaya gedəcəyi gözlənilir. Həmçinin Cenk Ergünün “kluba geri dönəcəm” deməsi təcrübəli mütəxəssisin vəzifəsindən gedəcəyinə işarədir.
Artıq Dənizlinin yerinə gələcək məşqçinin də adı bəllidir. Rəhbərlik Georgi Hacini baş məşqçi postuna gətirmək niyyətindədir.
Son xəbərlər
Son Xəbərlər