“Qafqazinfo” Stadium.az-a istinadən Mortizin verdiyi müsahibəni təqdim edir:.
- Salam. Andre
- Salam.
- Səni Azərbaycandan narahat edirik. Bir neçə sualımız olacaq, danışa bilərik?
- Çox yaxşı, olar. Buyurun.
- Hazırda “Bolton”un futbolçususan, elədir?
- Bəli, indi “Bolton”dayam (türk dilində danışır). İşlərim burada qaydasındadır.
- Azərbaycandan təklif olsa gələrsən?
- Azərbaycana gəlmək? Mənə bu yaxınlarda belə bir təklif edildi.
- Hansı klub idi, deyə bilərsən?
- Puluna baxır da. Yaxşı təklif olsa, niyə gəlməyim ki? Özü də, sizdə Mustafa Dənizli kimi mütəxəssis çalışır. Onu yaxşı tanıyıram. Mənə elə onun komandasında oynamağı təklif etdilər. Mən Türkiyəyə bağlı biriyəm və özümü türklərin arasında xoşbəxt hiss edirəm.
- Yəqin Azərbaycanla Türkiyənin yaxın olduğunu da bilirsən. Demək olar ki, eyni dildə danışırıq…
- Azərbaycanla Türkiyənin yaxın olduğunu da bilirəm. Deyəsən, Mustafa Dənizliyə haqqımda danışıblar. Hələ mən “Kasımpaşa”da oynayanda o, məni öz komandasında görmək istəyirdi. 2009/2010 mövsümündə “Kasımpaşa” forması ilə “Beşiktaş”a qol vurdum və Dənizli həmin vaxtı məni gördü. Onların baş məqşçisi idi. Bir neçə dəfə danışıq oldu, ancaq “Kasımpaşa” çox pul istədi, keçid alınmadı.
- Bayaq dedin ki, yaxşı pul versələr gələrsən. Məsələn nə qədər?
- Azərbaycana ən azı 1,5 milyon dollara gələrəm. Təbii ki, şərtlərim də olacaq. Əgər alınsa, istəsələr gələrəm.
- Bəs hazırda “Bolton”da nə qədər qazanırsan?
- Burda müqaviləylə 750 min avro.
Son xəbərlər
Son Xəbərlər