Bu yaxınlarda məhkəmədə keçmiş həyat yoldaşına qalib gələn tanınmış aktyor Conni Depp musiqi albomu buraxır.
“Qafqazinfo” “The Sunday Times”a istinadən xəbər verir ki, Depp sözügedən albom üzərində gitaraçı Ceff Bek ilə birgə işləyib.
Albomun iyulun 15-i təqdim olunacağı bildirilir. Məlumata görə, Hollivud ulduzu alboma daxil olan mahnıların bəzilərində keçmiş həyat yoldaşı Amber Hördü də xatırladır.
Qeyd olunur ki, Depp mahnılardan birində Amber Hördə qarşı “köpək” sözündən istifadə edir.
Xatırladaq ki, may ayının sonunda Depp və Hörd arasında böhtanla bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən, Hörd keçmiş həyat yoldaşına 15 milyon dollar ödəməlidir. Belə ki, məhkəmə Amber Hördün Conni Deppə qarşı pis niyyətlə hərəkət edərək, keçmiş həyat yoldaşını ləkələdiyinə qərar verib.










Son xəbərlər
Son Xəbərlər