“Hollywood”da mükafatlandırma mövsümü davam edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Sata Monicanın təşkil etdiyi “Critic s Choice” mükafat gecəsinə məşhur ulduzların qırmızı xalçada sərgilədiyi geyimlər damğa vurub.
Mərasimin ən çox maraq çəkən qonaqlarından biri Hayden Panettiere olub. Ana olduqdan sonra ilk dəfə qırmızı xalçaya çıxan Panettiere geyimi ilə gecənin ulduzuna çevirilib.
Qızı Kayanı dünyaya gətirdikdən sonra depressiyaya düşən aktrisa bu barədə jurnalistlərin suallarını cavablandırıb.
Panettiere pis günlərin geridə qaldığını, artıq özüylə qürur duyduğunu söyləyib.
Qeyd edək ki, Haydan Panattiere ukraynalı boksçu Wladimir Klitschko ilə nişanlıdır.





Son xəbərlər
Son Xəbərlər